sökülmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sökülmək
f.
1. Tikişi açılmaq. Paltarımın qolu sökülüb. Paltonun astarı sökülüb. – Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər.
2. məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). Çal-çəpər sökülüb dağılmışdı. Malqara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B.Bayramov. // Məc. mənada. [Məşədi İbad:] Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim? Ü.Hacıbəyov.
3. İşıqlanmaq, açılmaq (adətən “üfüq”, “şəfəq” və s. sözlərlə). Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı). Yolda açdım səhəri; Üfüq üzümə güldü; Qızıl donlu dan yeri; Gözlərimdə söküldü. Ə.Kürçaylı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sökülmək
I. dağılmaq, cırılmaq, yırtılmaq
{dağılmak, kırılmak, yırtılmak}
II. açılmaq, ağarmaq
{açılmak, ağarmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sökülmək
dökülmek, sökmek, sökülmek