turklehceleri.org

söhbət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

söhbət

is. Şifahi fikir, məlumat mübadiləsi; danışıq, müsahibə, ixtilat. Uzun-uzadı söhbət. – Əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. M.S.Ordubadi. Tərbiyəçinin söhbətləri də gəzmək kimi ləzzətli idi. Mir Cəlal. • Söhbət açmaq – bir şəxs və ya şey haqqında danışmaq, fikir mübadiləsinə başlamaq. O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. Çəmənzəminli. Söhbət aparmaq – fikir mübadiləsi etmək, müəyyən bir məsələ ətrafında müzakirə aparmaq, danışmaq, söhbət etmək. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev. Söhbət etmək – bir yerdə oturub danışmaq. [Rüstəm bəy:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. Ü.Hacıbəyov. İş üçün gələn kəndlilərlə həmişə Mirzə şirin dillə zarafat eyləyərək söhbət edərdi. Ə.Haqverdiyev. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər. S.Rəhman. Söhbətə tutmaq – danışığa tutmaq, söhbətlə başını qarışdırmaq, söhbətlə fikrini yayındırmaq. Pəri [Bəhramın] başını qarışdırıb, söhbətə tutur. C.Cabbarlı. Söhbəti ayrı yerə salmaq – söhbəti dəyişdirmək, söhbət zamanı mətləbi qoyub başqa məsələyə keçmək. Səriyyə xala qızın utandığını görüb söhbəti ayrı yerə saldı. S.Rəhman.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

söhbət

danışıq, müsahiba
{hasbıhâl, sohbet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

söhbət

bahis, konuşma, laf, sohbet, söyleşi


Son arananlar: