turklehceleri.org

əmmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əmmək

f.
1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir. – Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Ə.Vəliyev. // Bir şeyi ağzına salıb sormaq, sümürmək. Barmağını əmmək.
2. məc. Qidalanmaq, qüvvət almaq. Daşlar yarılanda günün telindən; Əmərsən dağların qarlı selindən. S.Vurğun. Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə. M.Rahim. ‣ Anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək – olmazın əziyyət və əzablara məruz qalmaq, əziyyət və əzab çəkmək. Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. C.Məmmədquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əmmək

I. sormaq
{sormak}

II. qidalanmaq
{beslenmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əmmək

emmek


Son arananlar: