suvarmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
suvarmaq
f.
1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq. – Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır. Ə.Vəliyev. Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə [Səməd] arx çəkdi, suvardı. İ.Hüseynov. // Dibinə su tökmək. Ağacları suvarmaq. – Hüseynəli əmi .. gülləri suvarırdı. M.S.Ordubadi. Ağ saçlı bir qadın əlində vedrə, köhnə mis dolça pomidor və xiyar tağlarını suvarırdı. H.Seyidbəyli.
2. Su vermək, su içirtmək. Qoyunları suvarmaq. Mal-qaranı suvarmaq. – Tağı əmi .. atları suvarmağa göndərəndə mənə də boz madyana minməyə izin verərdi. S.S.Axundov. ..Xırman döyənlər öküzləri vəldən açıb suvarır, yemləyir, tövlələrdə, həyətlərdə rahatlayırdılar. Ə.Abasov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
suvarmaq
sulamaq, islatmaq, yaşlamaq
{sulamak, ıslatmak, nemlendirmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
suvarmaq
suvarmak
Son arananlar: