şübhə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şübhə
is. [ər.] Bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd. [Nüşabə:] Sənə qəlbimdə bir iman varıdı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn. Məşədi Şərifin ürəyi sakit olmur, şübhə, narahatlıq, təşviş onun yaxasından əl çəkmirdi. Ə.Vəliyev. • Şübhə doğurmaq (oyandırmaq) – şübhələndirmək, şübhəyə səbəb olmaq. ..Qızın yaxşı geyimi məndə şübhə oyandırdı. M.S.Ordubadi. ..Leylək özünü düzəltməyə, izafi şübhə doğurmamağa, ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov. Şübhə etmək – bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayın olmamaq. Xəbərin düzlüyünə şübhə edirəm. Şübhə etməmək (eləməmək) – inanmaq, xatircəm olmaq, arxayın olmaq. Anam buna razı oldu, çünki ondan ayrılmayacağıma şübhə etmirdi. S.S.Axundov. Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə eləmirdi. M.Hüseyn. Şübhədən çıxartmaq – inandırmaq, şübhə yeri qoymamaq. Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Ə.Haqverdiyev. Şübhəyə düşmək – şübhələnmək, şübhə əmələ gəlmək. [Axund:] Amma indi ki siz deyirsiniz, [Səriyyə] razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. C.Cabbarlı. Şübhəyə salmaq – şübhə doğurmaq, şübhələndirmək. [Nigar:] Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. “Koroğlu”. Heç şübhə yoxdur ki... – şübhəsiz, inanın, həqiqətən, gerçəkdən, yəqin. Heç şübhə yoxdur ki, [qız] vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. M.S.Ordubadi. [Xəyyam:] Varlığım bir heçə bənzər mübhəm; Heç var olmaz, buna yoxdur şübhəm. H.Cavid.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şübhə
şəkk, güman
{şek, şüphe}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şübhə
kuşku, şüphe