silsilə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
silsilə
is. [ər.]
1. Keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqalar, piləklər şəklində bəzək, zəncirə. Bir də görərdin ki, dövlətli qadın .. başına qızıl cütquqabağını bağladı. Onun üstündən cərgə gül, qızıl silsiləsini, həmailini bağladı.. H.Sarabski. // Zəncir.
2. Bir-birinə bitişərək sıra təşkil edən şey. Dağ silsiləsi. – Silsilə dağlarından axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq. Silsilə dağlartək durub yan-yana; Bakının bəzəyi neft buruqları. S.Rüstəm. Bir azdan .. silsilə ilə görünən qum təpələri .. işığa qərq oldu. S.Rəhman. // Sıra dağlar. Dağ silsiləsi. – Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dörd yandan əsər. S.Vurğun. • Silsilə kimi – sıra ilə, bir-birinin yanında, zəncir kimi. Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.
3. Şəcərə, nəsil. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə. [Mehrəli bəy:] Ədil bəy, mənim silsiləmdə .. mehtər olmuş şəxs yoxdur. S.S.Axundov. Nəslimizin qırılmaz silsiləsi onun qoynunda qüvvət alıb gələcəyə yol açmışdır – o, ədəbi və yaradıcı bir anadır. Ə.Məmmədxanlı. // Zümrə, təbəqə.
4. məc. Bir şeyin ardıcıl sırası. Xəlqilik böyük sənətkarın [C.Məmmədquluzadənin] xüsusən əsərlərinin surətlər silsiləsinə öz damğasını basmış, qabarıq və parlaq çıxmasına kömək etmişdir. M.İbrahimov. İndi o, fikir silsiləsinin qırıldığını görürdü. Ə.Əbülhəsən. // Seriya. Tənqidçinin jurnalda dərc etdirdiyi silsilə məqalələri.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
silsilə
sıra, cərgə
{sıra, dizi}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
silsilə
silsile