Azuqə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
azuqə
is. Qida ehtiyatı, ərzaq ehtiyatı. Azuqə ilə təmin etmək. – Kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər.. S.S.Axundov. Səriyyə xala və Gülnaz .. evin içini səliqəyə salıb, qış azuqəsini yerbəyer etmiş, həyətə çıxmışdılar. M.İbrahimov. Bu halda Almaz qucağında qəzetə bükülü azuqə içəri girdi. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
azuqə
yemək
{yemek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
azuqə
azık, zahire