turklehceleri.org

silkələmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

silkələmək

f.
1. Təkan verərək, dartaraq bu tərəfdən-o tərəfə bərk tərpətmək, yerindən oynatmaq, sarsıtmaq. Gənc sərt əlilə Bayramı silkələdi. M.Hüseyn. Arvad [Aydının] üstünə atılıb bərk silkələdi. H.Seyidbəyli. // Meyvələri salmaq üçün ağacı bərk tərpətmək, əsdirmək. Tut ağacını silkələmək. // Bir şeyin üstündəki tozu, zibili və s.-ni təmizləmək üçün çırpmaq, bərk əsdirmək, silkib təmizləmək. Süfrəni silkələmək. Xalçanı silkələmək. – Pinəçi bir də Gülnaza baxıb fikrə getdi. Ayağa durub çirkli döşlüyünü silkələdi və: – Dalımca gəlin, – deyib, dükanın arxasına keçdi. M.İbrahimov. [Bəy] çubuğun külünü silkələyərək dik-dik rəncbərin üzünə baxırdı. Mir Cəlal.
2. Atıb-tutmaq, yırğalamaq. Araba bizi yaman silkələdi. – Bir dəfə maşın nəyin isə üzərindən tullanaraq bizi bərk silkələdikdə dodaqlarım [leytenantın] kürəyinə toxundu. İ.Əfəndiyev.
3. Oynatmaq, o tərəf-bu tərəfə əsdirmək, tərpətmək. Seyid Səməd başını bir silkələdi: – Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Ə.Haqverdiyev. Boz at qəşəng başını silkələyib səkdi. Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

silkələmək

I. yırğalamaq, əsdirmək, yelləmək, tərpətmək, oynatmaq
{sallamak, rüzgârlama, yellemek, kımıldatmak, oynatmak}

II. çırpmaq
{çırpmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

silkələmək

silkelemek, silkmek


Son arananlar: