satıbsovmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
satıb-sovmaq
f. Hər nə var heçə-puça satmaq, dağıtmaq, korlamaq, axırına çıxmaq. Mal-dövləti satıb-sovmaq. – [Cənnətəli ağa:] Heydərqulu, doğrudurmu ki, sən gedib, mədaxilin hamısını satıb-sovub gəlmisən? N.Vəzirov. [Məsum kişi] tələm-tələsik hər şeyi dəyər-dəyməzinə satıb-sovdu. Mir Cəlal.