sallamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sallamaq
f.
1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq. – Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli. [Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya sallamağı xahiş eləyir. M.Hüseyn.
2. Aşağı əymək, sallaq vəziyyət vermək. Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönüb gəlir. A.Şaiq. Başını sallayır şamlar, qovaqlar; Dillənib bir nəğmə ötür budaqlar. M.Rahim.
3. məc. dan. Qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. Nə sallamısan? – Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. (Ata. sözü).
4. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: qaşqabağını sallamaq, qarın sallamaq, damağını sallamaq və s.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sallamaq
I. endirmək, düşürtmək, buraxmaq
{indirmek, alçaltmak, bırakmak}
II. yatırtmaq
{yatırmak}
III. asmaq
{asmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sallamaq
sallamak