turklehceleri.org

sakit

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sakit

sif. və zərf [ər.]
1. Bərkdən səslənməyən, yaxşı eşidilə bilməyən, asta, yavaş (gur, uca ziddi). Sakit səs. Sakit danışıq. – ..Teymur sakit bir səslə əmr etdi. H.Seyidbəyli. // Davasız, qalmaqalsız, qışqırıqsız, səs-küysüz, həyəcansız. İşi sakit aparmaq. Sakit danışmaq. Məsələni sakit həll etmək. – Əmi ilə qardaşoğlunun söhbəti çox sakit bir ahəngdə başlandı. M.Hüseyn.
2. Susmuş, sükut içində olan, sükuta batmış. Sakit gecə. Sakit səhra. – Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. Ə.Məmmədxanlı. ..Kəndin küçələri qapqaranlıq, həyətlər sakit idi. M.Rzaquluzadə. // Hərəkətsiz, səssiz-səmirsiz, hay-küysüz, sükunət içində olan. Sakit şəhər. Sakit küçə. – Hava sakit və ilıq idi. İ.Əfəndiyev. Yoxsa bu ikimərtəbə ağ evlə, bu sakit, sərin, ətirli bağla əlaqədar unudulmuş hisslər yenidən baş qaldırırdı? İ.Hüseynov.
3. Rahat, həyəcansız, iztirabsız, qayğısız, aram. Sakit həyat. Sakit iş. Sakit günlər keçirmək. Həyatının ən sakit çağlarında.
4. Dinc, əziyyət verməyən. Sakit körpə. Çox sakit uşaqdır.
5. Mülayim, həlim, yumşaqxasiyyətli. Sakit baxışlı qara gözlərindən [Əsgərin] azərbaycanlı olduğu məlumdu. Ə.Əbülhəsən. Çox sakit və təvazökar olan Rəhim iş zamanı çöldə və istirahət zamanı çadır və ya qazmalarda gənclərin yanında olub onların söhbətlərinə diqqət yetirirdi. Ə.Sadıq.
6. Soyuqqanlı, soyuqqanlılıqla, əsəbiləşmədən. Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. Ə.Vəliyev. • Sakit etmək – yumşaltmaq, ovundurmaq. [Mozalan bəy:] İndi bu xəyal ilə özümü sakit etmişəm. Ə.Haqverdiyev. Ata oğlunu sakit edib əyləşdirdi. Mir Cəlal. Sakit olmaq – sakitləşmək. Firqətdə lazımdır aşiqə əfqan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Lağlağı sözümü kəsib qoymadı vərəqi axıra yetirəm. Mən sakit oldum və özü başladı oxumağa. C.Məmmədquluzadə.
7. Dinc, rahat, arxayın, həyəcansız. Qəhrəman bir qədər sakit idi. H.Nəzərli. Qəlbimlə, ruhumla qoşuldum elə; Düşüncəm sakitdir o gündən belə. M.Müşfiq. • Sakit etmək – bax. sakitləşdirmək. Əlahəzrət üsyançı qoşunları sakit etmək və onları tərksilah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. M.S.Ordubadi. [Malik] qızı ağır vəziyyətdən qurtarmaq və kəndliləri sakit etmək üçün özü irəli çıxdı. M.İbrahimov. Sakit olmaq – bax. sakitləşmək. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. Ustanın istidən döyünən ürəyi hənadan sonra sakit oldu. Çəmənzəminli. sakit-sakit bax. sakitcə. Sakit-sakit danışmaq. Sakit-sakit yerimək. Sakit-sakit cavab vermək. – [Salatın] Azacıq sonra .. gözlərini açıb döyükdü. Heç nə anlamadan sakit-sakit baxdı. İ.Şıxlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sakit

I. yavaş, asta, ağır
{yavaş, aheste, ağır}

II. dinc, farağat
{huzurlu, rahat}

III. zəif, lal, mülayim
{zayıf, sessiz, yumuşak}

IV. rahat, arxayın, xatircəm
{rahat, kaygısız, teskin}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sakit

müsterih, sakin, sessiz, suskun, sütliman, uslu


Son arananlar: