rəhmətlik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rəhmətlik
is.
1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum. Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. C.Məmmədquluzadə. [Cahan:] İndi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür. Ü.Hacıbəyov.
2. Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir. [Qənbərqulu:] Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qoca bir kişi idi. B.Talıblı. Rəhmətlik qoca nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bir ağmaya gəlir. İ.Əfəndiyev.
3. Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir). [Sərnişin:] Sən də bu basabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu. Qantəmir. Ah rəhmətlik balası, başını qoyub yatsana. H.Nəzərli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
rəhmətlik
mərhum
{merhum}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
rəhmətlik
rahmetli