turklehceleri.org

qətiyyət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qətiyyət

is. [ər.] Qətilik, rədd edilməsi mümkün olmama, müəyyənlik, möhkəmlik, tərəddüdsüzlük; əzm, səbat, cəsarət. Səlimi daxil olub yüngül bir təzimlə salam verdi. Onun simasında ağır iztirabların izi və bir qətiyyət vardı. M.İbrahimov. Onlar da son dəqiqələrinin gəldiyini görüb .. şərəflə ölməyi üstün tutan adamların qətiyyəti ilə vuruşurdular. M.Rzaquluzadə. İnad və qətiyyət ta uşaqlıqdan .. [Hüseynin] qəlbinə hakim olmuşdu. S.Rəhman. Ənvər təklifini qətiyyətlə (z.) dedi və oturanların üzünə baxdı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qətiyyət

əzm, səbat, cəsarət
{karar, sebat, cesaret}


Son arananlar: