turklehceleri.org

dünənki

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dünənki

sif. Dünən olmuş, bir gün əvvəl vaqe olmuş, baş vermiş. Dünənki yağış. Dünənki hadisə. Dünənki iclas uzun çəkdi. – Dünənki gün də gün idi, bu gün də bir gündür. S.Ə.Şirvani. [Muzdurun] nitqi kəsildi, ay aman, olmaya ki, dünənki çamadan əhvalatıdır. S.M.Qənizadə. // Yaxın, ya uzaq keçmişdəki, əvvəlki, olub bitmiş. Bu, dünənki məsələdir. Dünənki işləri yada salma. – Dünənki boz çöllərdə; Axar zümrüd kimi su. M.Seyidzadə.


Son arananlar: