qəfildən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qəfildən
zərf Birdən, birdən-birə, gözlənmədən, xəbərsiz, ansızın. Qəfildən vurmaq. – Nəbigil qəfildən [bəylərin] qabağına çıxıb atlarını saxladılar. “Qaçaq Nəbi”. ..Qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər. M.S.Ordubadi. Birdən tingə başında qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qəfildən
birdən
{birden}