qış
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qış
is. İlin payızdan sonra gələn ən soyuq fəsli. Qarlı qış günündə. Bu il qış çox gec gəldi. – Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. O, şaxta, boranlı qış da bitdi; Alqışladığım bahar yetdi. A.Şaiq. Qərib qış axşamları yollara qar yağanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. • Qış-yay (yaz) – daima, həmişə, ilin bütün fəsillərində. Qışyay bu cür paltar geyir. – Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İ.Şıxlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qış
kış