bixəbər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bixəbər
sif. və zərf [fars. bi... və ər. xəbər] Xəbərsiz. Mən bu işdən bixəbərəm. Əhvalatdan bixəbər olmaq. – Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil. Füzuli. Sirri-dəhanini demə naəhl zahidə; Qoy bixəbər qalıb, belə əsrari qanmasın. M.Ə.Sabir. İşdən bixəbər olan Polad Almazın axıtdığı göz yaşından mütəəssir oldu. A.Şaiq.