turklehceleri.org

qıy

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qıy

I. is. Səs, qışqırtı, bağırtı, haray. Bir az yaxşı dinlə, hey qıya bir bax; Dördnala gəlirlər, atlar çaparaq. Ə.Cavad. • Qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək – qışqırmaq, bağırmaq, səsləmək, nərə çəkmək. Durnalar düzüləndə; Qıy vurub süzüləndə; Düşmən murada yetər; Əl əldən üzüləndə. (Bayatı). Səssiz keçən günlərimlə vidalaşaraq; Haray çəkib, qıy qoparıb çöllər dolanır. S.Vurğun. [Qaraca çoban] bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə. ‣ Qıya baxmaq – qıyğacı baxmaq. Qəsdin aşıq canın almaqdı əgər; Göz ucilə qıya baxmağın yetər. Q.Zakir. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə, bir əməl gördüm. Aşıq Dilqəm. Qıya baxdın, məni saldın firqətə; Səni görsəm dərdim azalı, Gülü! Aşıq Ələsgər.

II. is. məh. Yundan, ipdən, iplikdən toxunma yumru, ya yastı qaytan. Güləbətin qıydır, yoxsa yengi ay; Öpər, qucar gül yanağın üstündən. M.P.Vaqif. Güləbətin qıyı tər sinən üstə; Nə gözəl yaraşır, qız, köynəyinə. Aşıq Ələsgər.

III. is. Gözün ucu, dar tərəfi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qıy

səs, qışqırtı, bağırtı, haray
{ses, haykırış, çığlık, feryat}


Son arananlar: