qırış
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qırış
is.
1. Bir şeyin büküldüyü, qatlandığı yerdə qalan iz; bükük yeri, bürüşük. Paltarın qırışlarını ütü ilə düzəltmək.
2. Üz, bədən dərisində və s.-də əmələ gələn dərin cizgi, qırışıq. Qəhrəman aralandıqca Nubar qarının qara və qırış (sif.) sifətini daha yaxşı görür. S.Rəhimov. Məşədibəy cavab vermədi. Onun üzündəki qırışlar daha da sıxlaşdı. M.Hüseyn. [Maralın] alnının ortasındakı qırış açıldı. Ə.Əbülhəsən. // Yer qabığı laylarında əmələ gələn dərin qırışıq. [Tektonik] qüvvələrin təsirindən laylar müxtəlif qırışlara çevrildi. M.Qaşqay. ‣ Üzündəki qırışlar (üzünün qırışları) açılmamaq – ürəyi açılmamaq, qaşqabağı açılmamaq, üzü gülməmək. Lotuoğlu məclisin ortasına çıxıb bir çox gülməli oyunlar çıxardısa da, xanın üzündəki qırışların biri də açılmadı. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qırış
I. bürüşük, bükük
{buruşuk, bükük}
II. cizgi
{çizgi}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qırış
kırış, kırışık, qırış