ləçək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ləçək
is.
1. Ağdan, çitdən, ipəkdən və s.-dən üçkünc qadın baş örtüyü. Nəhayət [Gövhər] .. ləçəyini açıb qulaqlarının və qaşının üstündən çəkdi. Ə.Əbülhəsən.
2. bot. Çiçək tacında olan yarpaq, gül yarpağı. Dağgülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə dolu. M.Dilbazi. Şairin gözündən iki damla yaş; Düşür çiçəklərin ləçəklərinə. B.Vahabzadə. • ...arvad (övrət) ləçəyi olsun – “bu işi görməsəm və ya görə bilməsəm kişi deyiləm” mənasında. [Rüstəm bəy:] ..Hərgah onu atası yoluna göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun! N.Vəzirov. [İbad:] Əyər biləm o bura gəlibdir, onun böyük tikəsini qulağına döndərməsəm, bu, papaq olmasın, lap arvad ləçəyi olsun! C.Cabbarlı. ‣ (Başına) ləçək örtmək – öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək. Qoç Koroğlu ləçək örtməz başına; Düşmən qabağında gülmək gərəkdir. “Koroğlu”.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ləçək
I. yaylıq, dəsmal
{başörtüsü, mendil}
II. yarpaq
{yaprak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ləçək
baş örtüsü