qüssə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qüssə
is. [ər.] Qəm, kədər, hüzn, ürək sıxıntısı, fikir, dərd. [Hacı Qara:] Durum gedim evə, tədarükümü görüm, .. yoxsa qüssədən dərdəcər ollam! M.F.Axundzadə. İzzət qüssədən və Məhəmməd Həsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağa. C.Məmmədquluzadə. Atamız yol gözləməkdən gözdən oldu, anamız qəmdən, qüssədən yatağa düşdü. M.Rzaquluzadə. • Qüssə yemək (çəkmək, etmək) – qəm çəkmək, dərdlənmək, kədərlənmək, bir şeyin fikrini çəkmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qüssə
qəm, kədər, hüzn, fikir, dərd
{gam, keder, üzüntü, tasa, dert}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qüssə
özlem