qayıtmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qayıtmaq
f.
1. Getdiyi yoldan və ya yerdən geriyə, əvvəlki yerinə dönmək. O getdiyi yerdən qayıtdı. Səfərdən qayıtmaq. Geri qayıtmaq. – [Almaz:] Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm, oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm. C.Cabbarlı. [Xudayar bəy:] Qərəz, keçib, indi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. C.Məmmədquluzadə. Gülnaz kabab gətirdi, süfrəyə qoyub qayıtmaq istədi. M.İbrahimov. • Qayıdan baş – qayıdanda, geri dönəndə. [Namaz:] Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Ə.Haqverdiyev.
2. Dönmək, yenidən gəlmək, yenidən başlamaq, yenidən müraciət etmək. Köhnə işinə qayıtmaq. Əvvəlki fikrinə qayıtmaq. Bu mövzuya sonra yenə qayıdacağıq.
3. Yenidən meydana gəlmək, zahir olmaq, təzələnmək, bərpa olmaq. Qüvvəm özümə qayıtdı. Xəstəliyi qayıtdı.
4. “Qayıdıb” şəklində – 1) dönüb, dönərək, üzünü çevirərək; 2) cavab olaraq. Qayıdıb dedim. – Qanunu əyəndə; onun ziyanı; Qayıdıb özünə dəyəcək yenə... B.Vahabzadə. Salatın qayıdıb dəyəyə girdi. İ.Şıxlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qayıtmaq
dönmək, gəlmək
{dönmek, gelmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qayıtmaq
dönmek, geri dönmek