turklehceleri.org

qurşaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qurşaq

is.
1. Beli sıx tutmaq üçün ona sarılan uzun və dar parça; belbağı. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun.. M.Ə.Sabir. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Məmmədquluzadə. Hacı Salman çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı. M.S.Ordubadi. // Sarğı, ip və s. Göndərilən kitablar başıbağlı qalıb, kəsilmir və ruznamələr qurşaqdan çıxmır. F.Köçərli .
2. Bel. Qurşağından yapışmaq. Qurşağa qədər suya batmaq. Qurşağa qədər palçıq vardır. Bədəni hər gün qurşağa qədər soyuq su ilə yumaq xeyirlidir. – Burada yaz zamanı qurşağa qədər ot olur. İ.Əfəndiyev.
3. xüs. Bir şeyin belini dövrələmək üçün metaldan və s.-dən qayrılmış kəmər; çənbər. Çəlləyin qurşağı. Binanın qurşağı.
4. coğr. Yer kürəsi səthinin iki meridian arasındakı hissəsi. Bütün Yer kürəsi meridianlarla 24 qurşağa, ya zonaya bölünür. – Avropa, demək olar ki, tamamilə mülayim qurşaqda yerləşən yeganə qitədir. “Qitələr coğrafiyası”. // Ölkə ərazisinin, hər hansı bir əlamətinə görə, müəyyən bir qismini təşkil edən hissəsi. – Hündürlüyü 1000 m-dən artıq olan relyef ünsürləri dağ qurşağını təşkil edir.. [Miçurin] şaftalı kimi dadlı, zərif ətirli bir meyvə bitkisini Rusiyanın orta qurşaqlarında yetişdirmək istəyirdi. M.Axundov. ‣ Qurşağa çıxmaq – həddi aşmaq (bir şeyin çoxluğunu, bolluğunu bildirir). Qar qurşağa çıxırdı. – Söz uzansa həcv çıxar qurşağa; Sözün dalın çox uzatma, hayıfsan! Aşıq Ələsgər. Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzində plov qurşağa çıxdı.. Ə.Haqverdiyev. Qurşağının altını bərkitmək zar. – qarnını doydurmaq, yemək. [Cahangir bəy:] ..Xəlil, sən də gəl otur, qurşağının altını bərkit, balam! N.Vəzirov. Qurşaq tutmaq (yapışmaq) – güləşmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qurşaq

I. belbağı
{kuşak}

II. bel
{bel}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qurşaq

kesim, kuşak, mıntaka


Son arananlar: