qumral
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qumral
sif. Açıq-şabalıdı rəngində olan. Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq. O qumral saçları tökəndə üzə; Olur könlüm evi viranə, dilbər. R.Rza. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşiq oldu bir qumral qıza. Ə.Cavad.