quduz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
quduz
sif.
1. Quduzluq xəstəliyinə tutulmuş; qudurmuş. Quduz it. Quduz canavar. Quduz olmaq (quduzluq xəstəliyinə tutulmaq). – Ələmdar quduz it kimi mırıldanamırıldana aşağıya düşüb, faytonun yanında dayandı. S.Rəhimov.
2. məc. Azğın, zalım, qəddar, qudurğan, qızmış. [Gövhər xanım:] Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar, sərhesab ol. N.Vəzirov. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. M.Hüseyn. O bizim tankçılardır; Bir anda qan uddurar; Azğın, quduz düşmənə. M.Seyidzadə. // məc. Şiddətli, hədsiz, önüalınmaz. ..Düşmən quduz bir kinlə ətrafını gəmirib dalayır. Ə.Məmmədxanlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
quduz
I. azgın, zalım, qəddar, qudurgan
{azgın, zalim, gaddar, kudurgan}
II. şiddətli, güclü
{şiddetli, güçlü}