turklehceleri.org

minarə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

minarə

is. [ər.] Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə. [Molla Kazım:] Azançı Məşədi Səlimə deyin, çıxsın minarədə minacat çəksin. Ə.Haqverdiyev. Sübh açıla-açılmaya məscidlərin minarələrindən sübh azanının səsi eşidilərdi. H.Sarabski. Dürrə .. göylərə ucalan minarələrin yanındakı kiçik bir daxmaya yetişdi. S.Vəliyev.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

minarə

minare


Son arananlar: