qoyulmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qoyulmaq
məch.
1. Bir yerə yerləşdirilmək; düzülmək. Kitabların hamısı şkafa qoyuldu. – Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. M.S.Ordubadi. Sürahilər şərbət və şərablarla doldurulub, sərin bulaqlara qoyulmuş(du). M.Rzaquluzadə.
2. Əmanət verilmək, saxlanmaq üçün verilmək. Pullar əmanət kassasına qoyulmuşdur.
3. İcazə verilmək, müsaidə edilmək, rüsxət verilmək, imkan verilmək, buraxılmaq. Heç kəs içəri qoyulmur. Zala adam qoyulmur.
4. Oxumaq, işləmək və s. üçün bir yerə göndərilmək, verilmək, düzəldilmək. Uşaqların üçü də məktəbə qoyulmuşdur.
5. Saxlanmaq, təxirə salınmaq, ləngidilmək, keçirilmək. İclas sabaha qoyulmuşdur.
6. Tapşırılmaq, həvalə edilmək. Üzərimizə çox məsul vəzifələr qoyulmuşdur. Siyahını tutmaq onun öhdəsinə qoyulmuşdur.
7. Yüklənmək, vurulmaq. Arabalara ağır yük qoyulmuşdur.
8. Təsis edilmək, tikilmək, qurulmaq. Dənizin içində çoxlu buruq qoyulmuşdur. Dünən klub binasının özülü qoyuldu. – Qoyuldu özüllər, boylandı tağlar. M.Müşfiq.
9. Geyilmək, keçirilmək. Başa papaq qoyulmaq.
10. Sərf edilmək, işlənmək. Bu işə çoxlu zəhmət qoyulmuşdur.
11. Bir şeyin üstünə, yaxud arasına yerləşdirilmək, salınmaq, döşənmək. Kompres qoyulmaq. Quyunun ağzına böyük bir daş qoyulmuşdur.
12. Təyin edilmək. Məsul işə qoyulmaq. Növbətçi qoyulmaq. – Kəndin ətrafına qarovul qoyuldu. M.Hüseyn.
13. Həll edilmək, yerinə yetirilmək, yaxud müzakirə üçün irəli sürülmək, təklif edilmək. Məsələ ciddi qoyulmuşdur.
14. Yazılmaq, işarə edilmək. Durğu işarələri düzgün qoyulmamışdır.
15. Düzəldilmək, təşkil edilmək, tərtib edilmək. Bu gecə səhnədə hansı pyes qoyulacaqdır? Təcrübə qoyulmaq.
16. Müəyyən edilmək, qərarlaşdırılmaq, lap ibtidadan verilmək. İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur. M.F.Axundzadə.
17. Saxlanılmaq. Axşama heç bir şey qoyulmayıbdır.
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
qoyulmaq
I Yoğunlaşmak, koyulaşmak, sıklaşmak.
II Koyulmak, bırakılmak.