turklehceleri.org

qibtə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qibtə

I. is. [ər.] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həsrətini çəkmə. Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə ilə baxıb, xəfifcə bir tərzdə gülümsədi. M.Hüseyn. [Şagirdlərdən] bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. S.Rəhimov. Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. • Qibtə etmək – başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzu etmək, həsrətini çəkmək. Əhməd Əşrəf kimi yoldaşlarına qibtə edərək: “Bəxtiyar adamlar!” deyirdi. A.Şaiq. Müdərrislərimiz ondakı məharətə qibtə edirdilər. İ.Əfəndiyev. Qibtə edəsiniz də mənə, şübhəsiz, siz məndən min dəfə bəxtəvərsiniz. O.Sarıvəlli. // Bəzən paxıllıq mənasında da işlənir.

II. is. [ər.] Kompas, qibləni göstərən.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qibtə

gıpta


Son arananlar: