qalamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qalamaq
f.
1. Bir-birinin üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq. Odunları qalamaq. Kərpici qalamaq. – Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb istəyirdi otaqdan qaça aşpazxanaya. C.Məmmədquluzadə.
2. Ocağa, sobaya və s.-yə odun, kömür və s. qoyub yandırmaq, alovlandırmaq, alışdırmaq. Ocaq qalamaq. Təndir qalamaq. Buxarını qalamaq. – [Müəllim] Tellinin axşam gətirdiyi südlə şam etmiş, axırda sobasını yenidən qalayıb yatağına uzanmışdı. S.Hüseyn. Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda. Ə.Cəmil.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qalamaq
I. toplamaq, yığmaq, komalamaq
{toplamak, yığmak, kümelemek}
II. yandırmaq, alovlandırmaq, alışdırmaq
{yakmak, alevlendirmek, alıştırmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qalamaq
yığmak