kəsək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kəsək
is. Quruyub bərkimiş palçıq yumrusu. Kəsəkləri əzmək. – Kəsək oturub daş üçün ağlayır. (Ata. sözü). Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi. A.Divanbəyoğlu. Tahirlə yanaşı gedən İmran kişinin ayaqları kəsəklərə dəydikcə elə bil daşa dəyirdi. M.Hüseyn. • Kəsək kimi – bərk. Kəsək kimi quru cad çörəyi [Arazı] doyurmadı. A.Şaiq. Varlığı daş kimi, kəsək kimi sərt; Bir insan eşqilə gülməyənlər var. S.Vurğun.