qaban
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qaban
is. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir. – Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. // məc. Kobud, yekə cüssəli, yöndəmsiz və qüvvətli adam haqqında. Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. ‣ Qabana dönmək – 1) həddindən artıq yekələnmək, kökəlmək, güclənmək; 2) vəhşiləşmək, azğınlaşmaq; son dərəcə qəzəblənmək, hiddətlənmək. Dönüb qabanapələngə, polis idarələri; Girib bu xalq ilə cəngə polis idarələri. Ə.Nəzmi. Yaralı qabana dönmək – bax. qabana dönmək 2-ci mənada.