turklehceleri.org

pərçim

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

pərçim

is. İki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu. • Pərçim etmək (eləmək) – 1) bax. pərçimləmək; 2) sıx bir yerə təpilmək, soxulmaq, girmək. Kəklik .. özünü bir kola pərçim elədi. B.Bayramov. Pərçim olmaq – 1) sığışmadığı dar bir yerə təpilərək heç bir yana dönə və ya çıxa bilməmək, sıxılıb qalmaq. Dar paltar geyəndə adam pərçim olur. Stoluna pərçim olmuş stolbazı; tanı, fəqət saya salma. X.Rza; 2) bir şeyin içinə girmək, sancılmaq, sancılıb qalmaq, ilişmək, ilişib qalmaq. Hirslə şığıyan tərlanın ürəyindən pərçim olan iti qələmənin neştər ucu onun kürəyindən çıxmışdı. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

pərçim

qadaq, bəndləmə, bərkitmə, bağlama
{sıkılama, düğümleme, berkitme, bağlama}


Son arananlar: