peyvənd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
peyvənd
is. [fars.]
1. k.t. Müəyyən xüsusiyyət vermək üçün bir bitki gözcük və ya saplağının başqa bitkiyə calanması; qələm, calaq. • Peyvənd etmək (vurmaq) – qələm etmək, calamaq. Vurduq ağaclara biz peyvənd, calaq. M.Seyidzadə.
2. tib. Hər hansı bir xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək məqsədilə bədənə vaksin yeritmə. Qızılcaya qarşı peyvənd. • Peyvənd etmək (vurmaq) – bədənə vaksin yeritmək. Uşağı peyvənd etmək.
3. məc. Bitişmə, canlanma. Bir şişə ki, oldu parə-parə; Peyvəndinə varmı hiç çarə? Füzuli. • Peyvənd etmək – bir-birinə calamaq, bitişdirmək. Məryəm isə onun boynunu qucub sözlərini, sorğularını bir-birinə peyvənd edərək dedi.. C.Cabbarlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
peyvənd
aşı