turklehceleri.org

olmaya

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

olmaya

1. “Bəlkə”, “yoxsa” mənalarında ara söz. Olmaya, sən də bu fikirdəsən. Olmaya, onun da könlündən keçir. – Olmaya, sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. [Hambal:] Məşədi, olmaya, oğurluğa gedirsən? Ü.Hacıbəyov.
2. bax. olmaya-olmaya. Olmaya, ora gedəsən! olmaya-olmaya zərf
1. Bir işin icrasının qəti surətdə məsləhət görülmədiyini, tövsiyə edilmədiyini, bir işdən saqındırmağı bildirir; məbada. Olmaya-olmaya gedəsən! – [Tağı əmi:] ..Atı yavaş sür. Olmaya-olmaya çapasan. S.S.Axundov.
2. Olmadığı halda, olmadığına baxmayaraq. Vaxtı olmaya-olmaya söz verir.


Son arananlar: