nəlbəki
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nəlbəki
is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab. Dilşad xanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq. Sona .. öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi.. Ə.Əbülhəsən. • Nəlbəki boyda (böyüklüyündə) – nəlbəkiyə oxşayan, nəlbəki kimi. Nəlbəki boyda gül. Nəlbəki boyda ay-ulduz. – [Kərbəlayı Məmmədəli:] ..Oradan, buyur, mənə bir medal gəlsin nəlbəki böyüklüyündə. N.Vəzirov. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. İ.Əfəndiyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nəlbəki
fincan tabağı, tabak