növbətçi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
növbətçi
is.
1. Növbədə durub qarovul çəkən; keşikçi, qarovulçu. Növbətçi postu. – Sarxan dəmiryol stansiyası növbətçisinin evindən çıxıb aşağı endi. M.Hüseyn. Təpənin lap üstünə çatarkən növbətçidən bir əsər görmədi. H.Nəzərli.
2. sif. Növbə ilə hər hansı bir xidməti vəzifəni yerinə yetirən. Növbətçi həkim. Növbətçi müəllim. Növbətçi əsgər. – ..Əvvəl növbətçi əsgər; Bir qədər heyrət edir. R.Rza. // İs. mənasında. Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün jiletinin cibindən zəncirli saatını çıxardıb baxdı və astaca addımlarla dəhlizə yaxınlaşdı. İ.Şxlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
növbətçi
nöbetçi