ictimai
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ictimai
sif. [ər.]
1. İnsan cəmiyyətinə aid olan. İctimai quruluş. İctimai inkişaf qanunları. // Cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, cəmiyyətdə törəyən, cəmiyyətin həyatına aid olan. İctimai həyat. İctimai sığorta. İctimai münasibətlər. İctimai mənafe. İctimai tərəqqi. İctimai vəziyyət. – Bunların hamısını nəzərə alıb, biz bir neçə Badkubə müəllimləri açıq və sadə dil ilə yazılmış tərbiyə və təlim üsulundan, ədəbiyyatdan və ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik. C.Məmmədquluzadə. “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz .. həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. // Cəmiyyətin siniflərə, qruplara bölünməsi ilə əlaqədar olan. Əhalinin ictimai tərkibi. İctimai mənşə. İctimai qruplar. İctimai ziddiyyətlər.
2. Kollektivin siyasi, mədəni, həmkarlıq və s. ehtiyaclarına könüllü xidmətlə bağlı olan. İctimai iş. İctimai vəzifə. İctimai təşkilatlar. İctimai tapşırıq.
3. Hamıya, bütün cəmiyyətə məxsus olan; kollektiv, ümumi, ellik. İctimai gəlir. İctimai mülkiyyət. – [Ziba] hər zaman Əsmərin halına acıyar, onu özü ilə .. ictimai yerlərə çəkməyə çalışardı. S.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ictimai
kollektiv, ümumi, ellik
{bütün, genel, sosyal}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ictimai
sosyal, toplumsal