nişanə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nişanə
1. bax. nişan 1, 2 və 3-cü mənalarda. Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli. • Nişanə olmaq – hədəfə çevirmək, hədəf yeri olmaq. Cəfa oxunu atır qeyrə ol yeganə, haray; Xədəngiqəmzəsinə olmadım nişanə, haray! S.Ə.Şirvani.
2. is. Bir şeydən nümunə. Parçadan nişanə göstərmək. – Vidadi xəstədən Bağdad elinə; Siz yetirin bir nişanə, durnalar! M.V.Vidadi. Bir yana sifariş eliyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə.
3. is. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. Bu uşaq ailədən qalan yeganə nişanədir. – Qəriblikdə ölənin börkü nişanə gərək. (Məsəl). Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı).
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nişanə
belirti, emare, tanık