nifaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nifaq
is. [ər.] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik. [Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Ə.Haqverdiyev. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək .. nifaqa səbəb oldu. S.S.Axundov. • Nifaq düşmək – araları pozulmaq, ixtilaf törəmək, çəkişmə düşmək, ikitirəlik düşmək. ..Əmioğullarının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir. S.S.Axundov. Mollanəsrəddinçilər hər vasitə ilə olursa olsun din ayrı qardaşların arasına nifaq və ədavət düşməsinə yol vermək istəmirdilər. M.İbrahimov. Nifaq salmaq (törətmək, etmək) – arada ixtilaf, narazılıq, çəkişmə yaratmaq, ikitirəlik salmaq. [Calal:] [O] indi bizi görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
nifaq
çəkişmə, ikitirəlik
{çekişme, zıtlaşma}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nifaq
anlaşmazlık, nifak