nağılçı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nağılçı
is.
1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. (Ata. sözü). [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?.. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? C.Məmmədquluzadə. [Əsgər] nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal göstərdi. M.S.Ordubadi.
2. Çoxdanışan, çərənçi, boşboğaz, naqqal, lağlağı; uydurmaçı. [Məşədi Rüstəm:] Bizə nə versələr, ikiqat qiymətini alsınlar. Sən nə nağılçı kişisən. R.Əfəndiyev. Danabaşlılar [Xəlili] “nağılçı”, yaxud “qəzetçi Xəlil” adlandırırlar. M.İbrahimov.