turklehceleri.org

neftçi

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

neftçi

is.
1. Neft sənayesi işçisi, həmçinin neft mütəxəssisi (mühəndis, texnik və s.). [Qüdrət:] Sevmək lazımdır gəncləri! Onlardan qorxmaq, özgələrinə yaraşsa da, biz neftçilərə qətiyyən yaraşmır. M.Hüseyn. Xəzər gülür, min qat düşür göy sulara; Bir neftçinin alnındakı qatlar kimi. Z.Tahir.
2. köhn. Neft alveri ilə məşğul olan, neft satan. Neftçi dükanı. – Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi. H.Sarabski. [Müəllim:] Yaxşı, otur. Sən oxu! Suçuya 3 manat 87 qəpik verilməlidir, neftçiyə 4 manat 20 qəpik. Ü.Hacıbəyov.


Son arananlar: