namərd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
namərd
sif. [fars.] Alçaq, müxənnəs, nakişi, əclaf. Namərd adam. // Vəfasız. [Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmət yox namərd fələkdə. H.Cavid. • Namərd çıxmaq – əhdi pozmaq, vəfasızlıq etmək, xain çıxmaq, xəyanət eləmək. Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü, ay dad-bidad, heç kəs yoxdu. Elə o saat bildi ki, qız namərd çıxıb. (Nağıl). // İs. mənasında. [Koroğlu:] Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu”. Namərd körpüsündən rahət keçincə; Razıyam apara o sellər məni. Q.Zakir. [Pəri xanım:] Mən gərək ürəyimi sındıran, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
namərd
I. rəzil, alçaq, əclaf, xain, iblis, qəddar
{rezil, alçak, iffetsiz, hain, iblis, gaddar}
II. vəfasız, dönük
{vefasız, dönük}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
namərd
namert, sinsi