nalbənd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nalbənd
is. [ər. nəl və fars. ...bənd] Heyvanların ayağına nal vuran; nalçı. Axsaq atın kor nalbəndi olar. (Məsəl). Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Bakıda ümumiyyətlə peşəkarlar: nalbənd, qundaqsaz, bıçaqçı, başmaqçı və sairə çox olardı. H.Sarabski. ‣ Dəvə nalbəndə baxan kimi baxmaq – çox təəccüblə, heyrətlə, gözlərini bərəldərək baxmaq. Dəvə nalbəndə baxan kimi nə gözünü zilləyib baxırsan? “M.N.lətif.”