nahaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nahaq
sif. [fars. na... və ər. həqq]
1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz. [Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar.. M.F.Axundzadə.
2. Əbəs, yersiz, boş, bihudə. Nahaq iş. – Nə layiqdir sənin kimi sərvərə; Bais ola belə nahaq işlərə. Q.Zakir. Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan. S.Vurğun. • Nahaq yerə – boş yerə, əbəs, heç bir ehtiyac olmadan. Nahaq yerə gəlmək. Nahaq yerə cəncəl işə qarışdı. – [İbrahim bəy:] Mən bilmirəm, o kimə yamanlıq etmişdi, biçarə lap nahaq yerə bədbəxt oldu. N.Vəzirov. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
nahaq
I. haqsız, ədalətsiz
{haksız, adaletsiz}
II. əbəs, hədər, faydasız, nəticəsiz
{haksız, boş, faydasız, neticesiz}
III. əsassız, lüzumsuz
{esassız, lüzumsuz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nahaq
boşuna, nafile