məzhəkə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məzhəkə
is. [ər. müzhikə]
1. Gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun; əhvalat, lətifə. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü. S.S.Axundov. Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Mir Cəlal.
2. Komediya. Ərəstu faciəni məzhəkədən ayırmaq istəmişdir. Ə.Sultanlı. ‣ Məzhəkəyə qoymaq – ələ salıb gülmək, araya qoymaq, lağa qoymaq. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tumanbağısını məzhəkəyə qoymazsınız. C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məzhəkə
əyləncə, zarafat, lətifə
{eğlence, şaka, latife}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məzhəkə
mizah