turklehceleri.org

məyus

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məyus

sif. və zərf [ər.] Ümidsiz, ümidini kəsmiş, ruhdan düşmüş; naümid; qəmli, qüssəli, bikef, pərişan, pərt. Məyus adam. Məyus oturmaq. – [Nemət] yorğun və məyus bir halda evə dönüb yatdı. Çəmənzəminli. Uşaq fırtıqlı burnunu çəkib, məyus nəzərlərini anasına dikdi. M.İbrahimov. • Məyus etmək – naümid etmək, ümidini qıraraq qəmləndirmək, ruhdan salmaq, kefini pozmaq, pərt eləmək. Məyus olmaq – ümidini itirərək bikef olmaq, ruhdan düşmək, pərt olmaq. Ah, səd ah ki, dildardən oldum məyus; Soldu gül, gülşənü gülzardən oldum məyus. S.Ə.Şirvani. İş adamlarda elə bir ruh yüksəkliyi oyatmışdı ki, oraya buraxılmayan şagirdlər çox məyus olmuşdular. H.Seyidbəyli. məyus-məyus zərf Məyus halda, pərişan halda; məyuscasına. Məyus-məyus oturmaq. – Molla Tanrıverdi məyus-məyus baxırdı, yenə də nitqi olmadı ki, danışsın. E.Sultanov. Kosa məyus-məyus, göz yaşlarını axıda-axıda qapını açıb çıxdı. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mə’yus

I. tutqun, pərt, dilxor
{karamsar, perişan, kederli}

II. ümidsiz
{ümitsiz}


Son arananlar: