məqsəd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məqsəd
is. [ər.] Əldə edilməyə, nail olmağa çalışılan, qəsd olunan şey; məram, niyyət, arzu. Məqsədə nail olmaq. – Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. • Məqsədə (...məqsədinə) düşmək – arzu etmək, ...niyyətində olmaq. Əlifba qəbul etmək məqsədinə düşmüş millət latın sistemini qoyub heç vədə ərəb sisteminə raqib olmaz. F.Ağazadə. Məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq) – arzusuna nail olmaq, istədiyinə çatmaq, arzusu həyata keçmək. [Nigar:] Sərdar ölsə ələm yatar; Müxənnət məqsədə çatar. “Koroğlu”. Cuma məqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə daha çox qorxmağa başlayırdı. Ə.Əbülhəsən.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məqsəd
niyyet, murad, qəsd, məram
{niyet, ülkü, amaç, meram}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məqsəd
amaç, emel, gaye, kasıt, maksat