turklehceleri.org

mələmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mələmək

f.
1. Çığırmaq, bağırmaq, səs çıxarmaq (qoyun-quzu, keçi, maral, inək və s. haqqında). Keçi mələdi. Maral mələyir. – ..Bir yanda quzular mələyir, bir yanda qıçları bağlı cücə-toyuqlar bağırırdılar. C.Məmmədquluzadə. Ceyran oylağında gəzinib mələr; O səsi əks edər uzun dərələr. S.Vurğun.
2. Sızıltılı səs çıxarmaq, ağlamaq, sızıldamaq, inildəmək. [Bəbir bəy:] “Yar, yar” deyib ömür boyu mələyənlər bəs havayıdırmı? Mir Cəlal.
3. məc. Səs çıxarmaq, səsi eşidilmək. Birdən zəhərli ilan kimi mələyərək gələn mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Qarazurna çay aşağı və çay yuxarı mələyirdi. Ə.Vəliyev. ‣ İlan(lar) mələyir – çox isti, susuz, ilan çox olan çöl (yer) haqqında. Keçmişdə Muğan düzündə ilan(lar) mələyirdi.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mələmək

melemek


Son arananlar: