Dənli
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dənli
sif. k.t. Dəni çox və yaxşı olan. Dənli sünbül. Bu taxıllar çox dənlidir. – ..Çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi. Ə.Məmmədxanlı. • Dənli bitkilər – məhsulu dən şəklində olan kənd təsərrüfat bitkiləri (buğda, arpa, qarğıdalı, çovdar və yulaf).