turklehceleri.org

məlul

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məlul

sif. və zərf [ər.] Məlallı, qəmgin, məyus, məhzun; bezgin, usanmış. Məlul görkəm. – Bülbül, neçin, xəzani-sitəmindən məlulsən? Gəl baxgilən, bənim gözüm ilə baharı gör. Qövsi. [Yaşlı kişi] hər zaman məlul və qəmgin gəzib təkbaşına dolanır(dı). S.Hüseyn. Hər daşı bir çılpaq qərib öksüzü; Məlul çöhrəli bir dulu andırır. M.Müşfiq. • Məlul etmək – usandırmaq, bezikdirmək, məyus etmək. İstəmədim verim dəxi nəzmi-tul; Tulikəlam elər məclisi məlul. Q.Zakir. Məlul olmaq – təngə gəlmək, usanmaq, bezikmək, məyus olmaq. məlul-məlul zərf Qəmgin-qəmgin, həzinhəzin, məyus-məyus, yazıq-yazıq. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Kiminin göz yaşı süzülüb axır; Kimi məlul-məlul dinmədən baxır. M.Rahim.


Son arananlar: